Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində keçirilən forumda Çin-Azərbaycan iqtisadi əməkdaşlığı üçün yeni imkanlardan danışılıb

05.09.2022 [18:51]

Xəbərin mətni

Vətən müharibəsi Cənubi Qafqazda ümumi mənzərəni dəyişib. Azərbaycan ərazilərini işğaldan azad etməklə ölkə iqtisadiyyatı üçün yeni dövrün başlanğıcına və regionun inkişafına yol açacaq yeni beynəlxalq əməkdaşlıq imkanlarına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 5-də keçirilmiş “Azərbaycan - investisiya və ticarət İmkanları” mövzusunda forumda səslənib.