CƏMİYYƏT


Sabirabadda “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda regional müşavirə keçirilib

Yaxın günlərdə respublikada kütləvi pambıq yığımına start veriləcək. Artıq sahələrdə son aqrotexniki tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına hazırlıq prosesini dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələrə start verib. “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Sabirabad rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Sabirabad, Saatlı və Kürdəmirdən olan 300-dək pambıqçı fermer iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır