İQTİSADİYYAT


“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Bakı Bəyannaməsi imzalanıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.AZƏRTAC xəbər verir ki, Bəyannaməni Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.