Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair üçtərəfli görüş keçirilib
09.09.2022 [14:53]
Xəbərin mətni
Sentyabrın 9-da Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edib.