CƏMİYYƏT


Paytaxtın Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşıb

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki Fətəli xan Xoyski prospektinin təmir işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilkin olaraq prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsində aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır