İQTİSADİYYAT


Metroda qatarların hərəkət qrafiki dəyişəcək

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə Bakı metropolitenində sərnişin sıxlığı artmağa, sərnişin axını intensivləşməyə başlayıb. Bunu nəzərə alaraq, Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bunu “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.