CƏMİYYƏT


Sumqayıtda yol polisləri yeni tədris ilinin başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb. Bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.