İQTİSADİYYAT


Regionun ən böyük hidrotexniki qurğusu olan Ağstafaçay Hidroqovşağında təmir işləri aparılır

Ağstafaçay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan anbarın açılışı 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə reallaşıb. Anbara su Ağstafa çayı vasitəsilə daxil olur. Anbarın həcmi 120 milyon kubmetrdir. 46 metr dərinliyi olan anbarın üzərində tikilən bəndin uzunluğu 1980 metr, hündürlüyü 50 metrdir.