İDMAN


Azərbaycan millisi Bakıda keçirilən arena polo üzrə Avropa çempionatına qələbə ilə başlayıb

Sentyabrın 14-də Bakıda arena polo üzrə Avropa çempionatına start verilib.AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan, Avstriya, İsveçrə və İspaniya komandaları birincilik uğrunda mübarizə aparırlar.Yarış Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.