RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.