Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçay çayında 4 kilometr çox mühafizə tədbirləri görülüb

21.09.2022 [10:29]

Xəbərin mətni

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq edilən plana uyğun olaraq bir neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini sel və daşqın sularından qorumaqdan ibarətdir.