İQTİSADİYYAT


Bakıda “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbir keçirilib

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL sentyabrın 21-də ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edir.AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirir. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edəcək.