Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaxbaş kəndinin mərkəzi küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib

21.09.2022 [17:50]

Xəbərin mətni

Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulması işlərinə start verilib.