Saatlıda innovativ üsulla becərilən badam bağında məhsul yığımına başlanılıb
22.09.2022 [16:11]
Xəbərin mətni
Saatlı rayonunda yerləşən və innovativ üsulla becərilən badam bağında məhsul yığımı davam edir. Qırx hektarlıq sahəni əhatə edən bağdan 7 tona yaxın məhsul gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, badam bağı Saatlı rayonu ərazisində dövlət dəstəyi ilə ərsəyə gələn “İD Aqropark” MMC-nin sahəsində salınıb.