İDMAN


Azərbaycan millisi UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunda Slovakiya yığmasının qonağı olub.Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan matçda Slovakiya millisinin start heyətində Marek Rodak, Lübomir Şatka, Kristian Vallo, Laslo Beneş, Robert Bojenik, Milan Şkrinyar, David Qantsko, Martin Reqali, Erik Yirka, Matuş Bero və Stanislav Lobotka yer alıblar.