CƏMİYYƏT


Sabah ölkənin bəzi yerlərində leysan yağacaq

Azərbaycanda sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 17-19°, gündüz 20-22° isti olacağı ehtimal edilir.