Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda əkin sahələrinin suvarılması üçün 38 milyon kubmetr həcmində su sərf olunub

28.09.2022 [13:20]

Xəbərin mətni

Masallı rayonunun 9892 hektar əkin sahəsinin suvarılması əsasən Viləşçay su anbarının suyu ilə təmin olunur. Əkin sahələrinə suyun çatdırılması üçün qapalı şəbəkələrdən və açıq torpaq kanallardan istifadə edilir. Sağ sahil beton kanal vasitəsilə 4530 hektar əkin sahəsi qapalı şəbəkə vasitəsilə suvarma suyu ilə təmin olunur.