CƏMİYYƏT


Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

Azərbaycanda oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 22-25° isti, Bakıda gecə 16-18°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır