İQTİSADİYYAT
Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib
10.10.2022 [16:08]
Xəbərin mətni
Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Moldova tərəfindən həmsədri, Baş nazirin müavini, regional inkişaf və infrastruktur naziri Andrey Spinunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.