Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa şəhərinin tarixi memarlıq abidəsi sayılan bulaqları

11.10.2022 [15:51]

Xəbərin mətni

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmışdı. Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmişdi.Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.