İQTİSADİYYAT


Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidi tikilir

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrində tikilir.