CƏMİYYƏT


Şam ağaclarında yaranan xəstəlik və parazitlər onların bioloji inkişafdan qalmasına səbəb olub

Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasına səbəb olan amillərin, həmin hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub. AZƏRTAC xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun sözlərinə görə dünya ölkələrində şam ağaclarında müşahidə edilən həmin proses otuz ildən çoxdur davam edir.