MƏDƏNİYYƏT


Şuşa mətbəxinin inciləri-“Canına çəkmə” və “Qırto”-nun hazırlanması

Qarabağın incisi-Şuşa həm tarixi, həm də mədəniyyəti ilə həmişə diqqət çəkib. AZƏRTAC bu qədim diyarın süfrə mədəniyyəti haqqında məlumat almaq üçün Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Əliheydər Məmmədovun mətbəxinin qonağı olub. O, bu mətbəxin olduqca zəngin olmasının səbəbini açıqlayıb: “Bunun səbəbi orta əsrlərə gedib çıxır. Xanlıq dövründə Şuşaya o dövrün sayılıb-seçilən qonaqları gəlirdi. Gələn qonaqları razı salmaq üçün xüsusi və qabiliyyətli aşpazlar Şuşaya toplaşırdılar”. Aşpaz qədim Şuşa yeməklərindən “Canına çəkmə” və əsasən soyuq aylarda bişirilən "Qırto" reseptini təqdim edib.