CƏMİYYƏT


Bakıda xəstə ağacların inventarlaşdırılması və müalicəsi ilə bağlı tədbirlər genişləndirilib

Paytaxtın bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması halları müşahidə olunur. Bu hal dövlət qurumlarını və ictimaiyyət nümayəndələrini ciddi narahat edir, vətəndaşlar tərəfindən bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər də edilir.