Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Varşavada keçirilən “Diplomatiya sənəti” sərgisində təmsil olunub

20.10.2022 [16:51]

Xəbərin mətni

Polşanın paytaxtı Varşavada növbəti dəfə keçirilmiş “Diplomatiya sənəti” (Art of diplomacy) sərgisində ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Sərgi Diplomatik Missiya Rəhbərlərinin Həyat yoldaşları (SHOM) xeyriyyə təşkilatının təşkilatçılığı və ölkədə fəaliyyət göstərən səfirliklər və Lajenki Kral Muzeyinin dəstəyi ilə keçirilib.