MƏDƏNİYYƏT


Özbəkistanın Buxara şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılış mərasimi olub

Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" çərçivəsində bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.