MƏDƏNİYYƏT


Mürvət usta: Ağacla işləmək o qədər də asan deyil, istənilən bir səhv bütün əməyi heç edə bilir

Cəlilabad rayon Göytəpə şəhər sakini Mürvət Məmmədov ağacdan müxtəlif əşyalar hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, taxtadan əl əməyi ilə müxtəlif əşyalar hazırlayan şəhər sakini onları sataraq ailəsini dolandırır. Mürvət ustanın məharətli əlləri ilə taxta parçaları sənət əsərinə çevrilir.