İQTİSADİYYAT
Şimal bölgəsində meyvə-tərəvəz istehsal edən sahibkarların problemləri müzakirə olunub
25.10.2022 [18:37]
Xəbərin mətni
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xaçmazda sahibkarlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Xaçmaz KOB evi”ndə təşkil olunan görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan sahibkarlar iştirak ediblər.