İQTİSADİYYAT
İmişli və Biləsuvarda kollektorlar lildən təmizlənir
26.10.2022 [10:47]
Xəbərin mətni
Bəhramtəpə Melioservis İdarəsi İmişlidə və Biləsuvarda kollektorları lildən təmizləyir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Bəhramtəpə Melioservis İdarəsi təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cüməldən torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirir.