İQTİSADİYYAT
“Gənclik” stansiyasının keçidlərində Bakı metrosunun tarixini əks etdirən sərgi açılıb
27.10.2022 [12:07]
Xəbərin mətni
Oktyabrın 27-də metronun “Gənclik” stansiyasının keçidlərində Bakı metropoliteninin 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
“Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyində Dövlət Kino-Foto Sənədləri Arxividir.