İQTİSADİYYAT


Füzulidə beton kanal çəkilir

Ağdam Melioservis İdarəsi 2022-ci ildə müqavilələr əsasında torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini, həmçinin Ağdam və Bərdə rayonları ərazisində 258 min kubmetr həcmdə kanalların, dren və kollektorların lildən təmizlənməsini həyata keçirir. İdarə tərəfindən Füzuli rayonu Gecəgözlü kəndi ərazisindən keçən Qurultay arxının 1170 metrdən artıq hissəsinin beton üzlüyə alınması işləri yüksək keyfiyyətlə yerinə yetirilib və hazırda kanalda son tamamlama işləri görülür.