CƏMİYYƏT


Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Şuşaya səfəri başlayıb

Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətə Türkiyə Gəzginlər Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəliblər. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır