MƏDƏNİYYƏT


XIX əsrin yadigarı Eyyubağa məscidi

XIX əsrdə yaşamış Eyyub ağa çar Rusiyası dövründə orduda qulluq edən və sonralar ehtiyatda olan polkovnik olub. Gözləri tutulduqdan sonra isə ordudan təxris olunur və Ağstafanın Dağkəsəmən kəndinə gəlir. Burada kənd cammatı üçün öz hesabına məscid inşa etdirmək barədə qərar verir. Tikintidə dövrün ən mahir ustaları iştirak edir və qırmızı çiy kərpicdən istifadə olunub.AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun Dağkəsəmən kədindəki məscid XIX əsrin əvvəllərində inşa edilib. Binanın içərisi buxarılardan ibarətdir. Binanın tikilişi 8 guşəli formadadır.