MƏDƏNİYYƏT


Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub

“ABAD” public hüquqi şəxs tərəfindən Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediator təşkil olunub. Mediatur çərçivəsində KİV nümayəndələrinə 2018-2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır.