İQTİSADİYYAT


Astarada bu il 42 min ton naringi tədarükü proqnozlaşdırılır

Astaranın dağlıq və dağətəyi yaşayış məntəqələrinin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur. Limon, portağal, qreyfrut, kinkan, naringi bağları bu ərazilərdə daha çoxdur. Ümumilikdə 4300 hektar təşkil edən bu bağların 2417 hektarı naringidir. Hazırda bağlarda bu meyvənin yığımı aparılır. Ötən il hektara 273,1 sentner olmaqla, 40 min 242 ton naringi tədarük edilən rayonda builki proqnoz daha yüksəkdir.