Ağdamda “Vətən bizə oğul dedi” kitabının təqdimatı olub
03.11.2022 [12:13]
Xəbərin mətni
Ağdam Dövlət Sosial-İqtisadi Kollecində “Vətən bizə oğul dedi” kitabının təqdimatı olub. İqtisad üzrə elmlər doktoru, professor Natiq Cavadovun ideya müəllifi, əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun redaktoru olduğu kitab kollecin Vətən müharibəsində igidlik göstərərək şəhid və qazi olmuş məzunlarına və tələbələrinə həsr edilib.