MƏDƏNİYYƏT


Sirk oskarını qazanan yeganə azərbaycanlı: Hava gimnastları həmişə Allaha bir addım yaxın olur

Dünyada sirk üzrə oskar mükafatını qazanan bir çox ifaçılar var. Ancaq bu sirk ustaları arasında ilk və yeganə azərbaycanlı, istedadlı həmyerlimiz Allahverdi İsrafilovdur. Allahverdi İsrafilov uzun müddət xarici ölkədə yaşasa da, bütün yarışlarda Azərbaycan bayrağı ilə çıxış edib. İstedadlı sirk ustası uğurları və karyerasında baş verən maraqlı anları AZƏRTAC-a danışıb.