İDMAN


Drift edərkən instinktlərə güvənən Adil Axundov

Bir neçə həftə öncə Bakıda ilk dəfə “Red Bull Car Park Drift” çempionatının milli final mərhələsi keçirilib. Birinci yerin sahibi Adil Axundov Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək. Driftçi A.Axundov AZƏRTAC-a müsahibəsində bu idman növünün ən çətin və maraqlı tərəflərindən danışıb. O, drift edərkən qorxu hiss etmədiyini, manevrlər edərkən daha çox instinktlərə güvəndiyini söyləyib.