İDMAN


Zəfər Günündə Göyçay idmançıları üçün ikiqat sevinc yaşanıb

8 Noyabr - Zəfər Günü Göyçay idmançıları üçün ikiqat sevinc yaşanıb. Belə ki, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən Göyçay Kikboksinq Klubunun açılışı olub. Müasir idman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, Azərbaycan Kikboksinq Federasiyasının, gənclər və yeniyetmələr arasında kikboksinq yığma komandasının və Göyçay Kikboksinq Klubunun nümayəndələri iştirak ediblər.