İQTİSADİYYAT


Zərdabda 42 min hektar əkin sahəsinin suvarılması yaxşılaşdırılıb

Zərdab Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarmanın keyfiyyətli olaraq aparılması üçün bir sıra işlər görür. İdarə balansında olan 42 min hektar əkin sahəsini mexaniki üsulla suvarır. Bunun üçün 69 nasos stansiyasından və həmin nasos stansiyalarında yerləşən 110 aqreqatın gücündən istifadə edilir.