CƏMİYYƏT


İmişlidə yeni beton kanal çəkilir

İmişlidə yeni beton kanal çəkilir. Kanal 500 hektara yaxın əkin sahəsinə xidmət edəcək.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, ASC-nin tabeliyində yaradılan Bəhrəmtəpə Melioservis İdarəsi Meliorasiya və Su Təsərrüfatı obyektlərində təmir-bərpa işlərinin aparılması, magistral, təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma kanallarının, kollektor və drenajların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işləri ilə məşğul olur.