İQTİSADİYYAT


Ağcabədidə subartezian quyuları vasitəsilə 27 min hektar sahə suvarılır

Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində son illər xeyli iş görülüb. Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən subartezian quyularının təmiri və bərpası daim ön planda saxlanılır. Rayonda 27 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edən 1026 ədəd subartezian quyusuna hər il baxış keçirilir, nasazlıqlar aşkar olunduqda aradan qaldırılır.