Paytaxtın Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib
17.11.2022 [13:09]
Xəbərin mətni
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda uzunluğu 860 metr, ortalama eni 10,5 metr təşkil edən Ələsgər Ələkbərov küçəsi təmir edilib.