İctimai TV futbol üzrə dünya çempionatının oyunlarını canlı yayımlayacaq
18.11.2022 [12:13]
Xəbərin mətni
Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək.İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 18-dək davam edəcək dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və İctimai Radionun efirindən canlı izləmək mümkün olacaq.