MƏDƏNİYYƏT


Azərbaycanda dünyanın ən kiçik xalçası toxundu

Azərbaycanlı xalçaçı həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Yeni toxunan xalçada cəmi 41 sıra, onun hər bir kvadrat santimetrində isə 311 ilmə var.
AZƏRTAC xəbər verir ki, Lerik rayonunun Monidigah kənd sakini, miniatür xalça ustası İlqamət Hadiyev dünyada ən kiçik ölçülərə malik xalça toxuyub. Xalçanın üzərində Qələbəmizin simvolu olan “Dəmir yumruq” şəkli əks olunub.