DÜNYA


Aralıq dənizində 500 nəfər xilas edilib

Yunanıstanın Krit adasının cənub-şərq limanı olan Palaiochorayada 500 nəfər balıqçı xilas edilib. İlkin məlumatlara görə kapitanın idarəetməni itirməsi nəticəsində qayıq Aralıq dənizinə doğru yan alıb. Xilasetmədə Yunan donanmasının bir freqatı, bir tanker, iki yük gəmisi və iki İtaliya balıqçı gəmisi iştirak edib. Lakin ekstremal hava şəraiti səbəbindən sərnişinləri gəmidən quruya çıxarmaq tam başa çatdırılmayıb. Xəsarət alanlar və itkin düşənlər barədə məlumat yoxdur. Sahil mühafizəsinə cavabdeh olan gəmiçilik naziri Giannis Plakiotakis xilasetmə səylərini “Aralıq dənizində son illərin ən böyük əməliyyatı” adlandırıb.