“AzərEnerji” Cənub bölgəsinin enerji təminatını gücləndirir
25.11.2022 [12:24]
Xəbərin mətni
Qırx iki il əvvəl tikildiyindən istismar müddətini dəfələrlə keçən, artan tələbatı qarşılamaq funksiyasını yerinə yetirə bilməyən, Cənub bölgəsi üçün xüsusi önəm daşıyan sistem əhəmiyyətli 110/35/6 kilovoltluq “Masallı” yarımstansiyası “AzərEnerji” ASC tərəfindən sökülərək tam yenidən qurulur.ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı yüksəkgərginlikli 110 kilovoltluq 4-cü və 5-ci “Masallı” hava xətləri əsaslı şəkildə təmir olunur.