Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib

25.11.2022 [14:21]

Xəbərin mətni

Azərbaycanın Almaniyadakı səfirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Berlində yerləşən “QGallery Berlin” qalereyasında Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib. Sərgidə Almaniyanın yəhudi icmasının aparıcı təşkilatlarının rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, incəsənət xadimləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.