MƏDƏNİYYƏT


“Avstraliya, Hindistan, Pakistan, Rusiya, İngiltərə, Fransa bazarlarına da kəlağayı göndərmişik” – Basqallı kəlağayı ustası REPORTAJ

Zəngin tarixi, köklü mədəniyyəti və gözəl təbiəti olan İsmayıllı rayonunun Basqal qəsəbəsi həm də qədim sənət sahələrini yaşatması ilə tanınır. Azərbaycanın etnik mədəniyyətinin tərkib hissələrindən olan ipəkçilik belə sənət sahələrindəndir. İpəkçiliyin kəlağayı qolu Basqal qəsəbəsində daha çox inkişaf edib.AZƏRTAC-ın əməkdaşı Basqal qəsəbəsində olub, kəlağayının necə hazırlanması ilə maraqlanıb.