MƏDƏNİYYƏT


Özbəkistan teatrının aktyorları Bakıda coşqu ilə qarşılanıblar

Dekabrın 1-dən Özbəkistan Respublikasının Səmərqənd Vilayətinin Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərindədir.Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və teatrın əməkdaşları özbək teatrının yaradıcı heyətini böyük coşqu ilə qarşılayıblar.Səmimi qarşılanma mərasimində teatrın balet truppasının ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdirilib, qonaqlar özbək və Azərbaycan mahnılarının sədaları altında rəqsə dəvət ediliblər.